Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.04.2026 / Kilsə

Müqəddəs Məryəm Ana Alban kilsəsi

Ünvan: Qəbələ rayonu, Nic qəsəbəsi

Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsinin aşağı hissəsi XII əsrdə tikilmiş, ikinci hissəsinin tikintisi isə 1898-ci ildə davam etdirilərək bərpa olunmuşdur. Qəsəbənin ən böyük və yeganə qübbəli dini abidəsi olan kərpicdən tikilmiş ziyarətgahın qərb və cənub fasadlarına açılan iki girişi, səkkizbucaqlı günbəzi və ikimərtəbəli hörgüləri var. Müqəddəs Məryəm Ana kilsəsi 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmağa başlanmış və 2020-ci ilin noyabr ayında bərpa işləri başa çatdırılmışdır.