Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.04.2026 / Kilsə

“Müqəddəs Georgi” gürcü-pravoslav kilsəsi

Müqəddəs Georgi kilsəsi Qax rayonunun Qax İngiloy kənd ərazisində yerləşir. Bu kilsə 1888-ci ildə xristian din əzabkeşi müqəddəs Georginin şərəfinə könüllü ianələr və Qafqazda Xristianlığın Bərpası İdarəsinin maliyyəsi ilə tikilmişdir. Kilsə binasının ərazisi 120 m2-dir. Kilsə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur. Orada dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyət göstərir.

Ünvan: Qax rayonu, Qax İngiloy kəndi