Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.05.2021 / Alban abidələri

Alban məbədi (XIV əsr), Xərxər kəndi

Xocavəndin Xərxər kəndi ərazisində qədim qəbristanlıq ərazisində alban abidəsi yerləşir. Abidənin inşa tarixi XIV əsrə aid edilir. Xərxər kəndindəki bu məbədin Müqəddəs Qriqoris kilsəsi olduğundan bəhs edilir. 1991-ci ildən bu ərazilər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra abidədə qanunsuz təmir işləri aparılmış, kilsə öz tarixi görünüşündən məhrum edilmişdir. Xərxər kəndində qanunsuz məskunlaşmış ermənilər 2000-2011-ci illərdə kəndin bir çox tarixi abidələri, qədim inanc yerlərinin bir qismini tamamilə məhv etmiş, digərlərinin isə öz ilkin formasını dəyişdirmişlər. Xərxər kəndindəki Alban memarlığının unikal nümunələrindən olan məbəd də ermənilərin belə vandalizm aktlarının qurbanı olmuşdur. Ermənilər tərəfindən abidənin əsas hissəsi sökülərək tikilinin ilkin görkəmi dəyişdirilmiş, sahəsi genişləndirilərək divarları yenilənmiş, abidənin damı dəmir təbəqə ilə örtülmüşdür.

Abidənin üzərindəki bədii daş nümunələri məhv edilmişdir. Ermənilərə bu vandal hərəkətləri həyata keçirmək üçün 2000-2011-ci illərdə Fransanın dini idarələri tərəfindən maliyyə yardımı ayrılmışdı.