Alban məbədi (XIII əsr), Dağyurd kəndi
Xocalı rayonunun Dağyurd kəndinin adı XIX əsrin 90-cı illərində İrandan köçüb gəlmiş erməni ailələrinin burada yerləşməsindən sonra Saruşen adlandırılmışdı. Kənd 29 dekabr 1992-ci ildən Dağyurd adlanır. Azərbaycanın qədim ərazilərindən olan Dağyurd kəndi 1991-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında qalmışdır.
Mənbələrdə Dağyurd kəndindəki qədim kilsə haqqında məlumat verilərək, onun bir neçə dəfə bərpa edildiyi yazılır. Abidə XII – XIII əsrə aid edilir. Abidə 1991-ci ildə erməni terrorçuları tərəfindən hədəf kimi istifadə edilib, ağır artilleriyadan abidəyə bir neçə dəfə uzaq məsafədən atəş açılaraq divarları gülləbaran edilib. 2014-cü ildə ermənilər öz cinayətlərini gizlətmək üçün abidəni təmir etmək bəhanəsi ilə onu ilkin görünüşündən məhrum etmişlər. Təmir zamanı abidənin sol tərəfininə 2 metr divar əlavə edilmiş, eyni ölçüdə binanın ön tərəfi də artırılmışdır. Binanın tavanı 50 sm-dən çox hündürləşdirilmişdir. Beləliklə, tarixi abidə öz ilkin əzəli görünüşündən məhrum edilmişdir.