Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.11.2021 / Alban abidələri

Alban kilsəsi (XVI ƏSR), Əhmədli kəndi

Laçın rayonunun Əhmədli kəndində yerləşən alban kilsəsi XVI əsrə aid edilir. Abidənin divarındakı kitabədə kilsənin inşa tarixi 1517-ci il olaraq göstərilir. Kilsə iki nefli sövmədir. Şovmənin xarici tərəfdən divarlarının ölçüsü 16,3x9,7 metr, qalınlığı 1,3 metr dir. Binanın hörgüsündə yerli pud daşlardan və sarı əhəngdən istifadə olunmuşdur. İşğal dövründə – 1995-ci ildən ermənilər bu  abidənin üzərində qanunsuz təmir işləri apararaq, məbədin ətrafına saxta xaşdaşlar yerləşdirmişlər. Ermənistan hökumətinin göstərişi ilə 2007-ci ildən bu alban abidəsinə də erməni kilsəsi statusu verib.