Alban kilsəsi (X əsr), Aşağı Fərəcan kəndi
Laçın rayonunun tarixi baxımdan çox əhəmiyyətli ərazilərindən olan Fərəcan və Aşağı Fərəcan kəndləri Qafqaz Albaniyası dövrü abidələri ilə zəngin olmuşdur. Lakin işğal dövründə bu abidələrin bir qismi uçulub dağılmış, digər bir qisminin isə yalnız qalıqları mövcuddur.