Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.06.2025 / Xarici səfərlər

İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Avropa üzrə nümayəndəsi ilə görüş keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 25-də İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Avropa üzrə nümayəndəsi Cek Gerard ilə görüşüb.

Görüş zamanı Azərbaycandakı dini durum, dövlət-din münasibətləri və dini tolerantlıq ənənələri barədə geniş fikir mübadiləsi aparılıb. Komitə sədri bildirib ki, tolerantlıq mühitinin fromalaşdığı ölkələrdə dinlərarası dialoqun və əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli mühit mövcuddur. Bunun ən bariz örnəyi isə Azərbaycandır. Tarixən dözümlülük ənənələrinin bərqərar olduğu ölkəmizdə hazırda konfessiyalar arasında geniş, möhkəm əməkdaşlıq əlaqələri və həmrəylik var.

Cek Gerard Azərbaycanın dinlərarası dialoqun genişlənməsi istiqamətində apardığı siyasətin dünya ölkələri üçün dəyərli nümunə olduğunu vurğulayıb. O, rəhbərlik etdiyi dini qurumun bu istiqamətdə ölkəmizlə qarşılıqlı əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib.