Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.05.2024 / Görüşlər

Dövlət Komitəsinin sədri Rusiya Müsəlmanları Ruhani İdarəsinin nümayəndəsi ilə görüşüb

Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Rusiya Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini Dəmir Muxetdinov ilə görüşüb.

Dövlət Komitəsinin sədri qonağı ölkəmizin Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu, Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi dövlət-din modeli, birgəyaşayış mühiti, habelə dinlərarası dialoqun  təşviqi  istiqamətində fəaliyyətlər barədə məlumatlandırıb.

Rusiya Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini Dəmir Muxetdinov Azərbaycanın gündən-günə dinlərarası dialoq mərkəzi kimi mövqeyini gücləndirdiyini, bu cür təşəbbüslərin bəşəri həmrəyliyə müsbət təsir göstərdiyini vurğulayıb. 

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub.