Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.05.2024 / Görüşlər

Dövlət Komitəsinin sədri MUSLİM İnstitutunun direktoru ilə görüşüb

May ayının 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  sədri Ramin Məmmədov Pakistan İslam Respublikasının MUSLİM İnstitutunun direktoru, Cunaqad Ştatının Baş naziri Sahibzadə Sultan Əhməd Əli ilə görüşüb.

Ramin Məmmədov Azərbaycanla Pakistan arasındakı səmimi dostluq və qardaşlıq münasibətlərinə toxunaraq ölkələrimizin müxtəlif sahələrdə uğurlu əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Komitə sədri Ulu Öndər Heydər Əliyevin dost ölkəyə səfəri ilə başlayan bu səmərəli əlaqələrin Prezident cənab İlham Əliyev tərəfindən inkişaf etdirildiyini, həm iki xalq arasında, həm də dövlətlər səviyyəsində biri-birinə dəstəyin yüksələn xətlə irəlilədiyini  diqqətə çatdırıb.

Bütün sahələrdə olduğu kimi dini sahədə də əlaqələrin mövcudluğundan məmnunluğunu ifadə edən Sahibzadə Sultan Əhməd Əli bundan sonra da münasibətlərin möhkəmləndirilməsində birgə səylərin vacibliyini qeyd edib.

Səmimi keçən görüş müzakirələrlə yekunlaşıb.