Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.05.2024 / Görüşlər

Dövlət Komitəsində görüş keçirilib

Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şimali Kipr Türk Cümhuriyyəti Diyanət İşləri İdarəsinin sədri Ahmet Ünsal və Azərbaycanda səfərdə olan Türkiyə nümayəndə heyəti ilə görüşüb.

Görüşdə tarixi köklərimizdən gələn və hər iki dövlət başçısının dəstəyi ilə daha da möhkəmlənən Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri məmnunluqla vurğulanıb. Bütün istiqamətlərdə olduğu kimi dini sahədə də əlaqələrin yüksək səviyyədə mövcudluğu və davamlı inkişaf etdirilməsinin vacibliyi qeyd olunub. Müvafiq sahədə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri və hazırkı vəziyyəti müzakirə edilib. Həmçinin Şimali Kiprlə Azərbaycan arasında dini-mənəvi və mədəni əlaqələrin səviyyəsinin yüksəlməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Qeyd edək ki, Türkiyə nümayəndə heyətinin tərkibinə Türkiyə Respublikası Diyanət İşləri İdarəsinin Strategiyanın İnkişafı şöbəsinin müdiri Mustafa Irmaklı, Avrasiya ölkələri şöbəsinin müdiri Salih Gör, həmçinin Mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri Enes Kaplan daxildir. Görüşdə Türkiyənin Azərbaycandakı Səfirliyinin Din xidmətləri müşaviri İhsan Açık da iştirak edib.