Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.05.2024 / Görüşlər

Dövlət Komitəsində braziliyalı yəhudi qonaqla görüş keçirilib

Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov Yəhudi Mədəniyyəti üzrə Memorial Fondun İcraiyyə Komitəsinin sədri Fernando Lottenberq ilə görüşüb.

DQİDK sədri Azərbaycanda dövlət səviyyəsində tolerantlıq və multikulturalizm ənənələrinin inkişafına, o cümlədən İslam dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərin  mənsublarına göstərilən hərtərəfli diqqət və dəstəkdən bəhs edib. Ramin Məmmədov Azərbaycanda 8 yəhudi icmasının dövlət qeydiyyatına alındığını, habelə sinaqoq və məktəblərin fəaliyyət göstərdiyini bildirib.

F. Lottenberq ölkəmizin multikulturalizm strategiyasının dünyada böyük maraqla qarşılandığını diqqətə çatdıraraq respublikada əsrlər boyu sülh və əmin-amanlıq içərisində yaşayan yəhudi icmasına göstərilən  qayğını xüsusi vurğulayıb. Ölkəmizdə yəhudi icmasının nümayəndələrinə göstərilən səmimi münasibəti, eləcə də heç vaxt anti-semitizm hadisəsinin baş verməməsini Azərbaycan tolerantlığının parlaq nümunələrindən biri kimi məmnunluq hissi ilə qeyd edib.