Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.05.2024 / Görüşlər

Albaniya Beynəlxalq Tədqiqatlar İnstitutunun nümayəndəsi ilə görüş keçirilib

Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Albaniya Beynəlxalq Tədqiqatlar İnstitutunun İdarə Heyətinin üzvü Arben Ramkaj  ilə görüşüb.

Komitə sədri ölkəmizdə dinlərarası harmoniya, multikultural və tolerant dəyərlərə verilən önəmdən, dini etiqad  azadlığının yüksək səviyyədə təmin edilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, dünyəvi dövlət olan Azərbaycanın dini konfessiyalara münasibətində bərabərlik prinsipi mütləq mənada qorunur. Ölkəmizin bu sahədə tarixi təcrübəyə malik olmasına diqqəti çəkən Ramin Məmmədov Azərbaycanda müxtəlif dini,  etnik qrupların birgəyaşayış mühitinin sağlam təməllər üzərində qurulduğunu diqqətə çatdırıb.

Təmsil etdiyi qurum barədə məlumat verən Albaniya Beynəlxalq Tədqiqatlar İnstitutunun İdarə Heyətinin üzvü Arben Ramkaj ölkəmizdə müşahidə etdiyi nümunəvi dini mühitə görə məmnunluğunu ifadə edib.

Görüşün sonunda qonağı maraqlandıran suallar cavablandırılıb.