Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.03.2026 / Beynəlxalq konfranslar

Vaşinqtonda “Multikulturalizm və sülh quruculuğu” mövzusunda konfrans keçirilib

Martın 5-də ABŞ-nin paytaxtı Vaşinqton şəhərində “Multikulturalizm və sülh quruculuğu” mövzusunda konfrans keçirilib.

Konfransda çıxış edən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsinin müasir dünyada sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, qloballaşan dünyada müxtəlif millətlərin, mədəniyyətlərin və dinlərin nümayəndələrinin birgə yaşaması zərurətə çevrilib. Multikulturalizm fərqli mədəniyyətlərin və dini-etnik icmaların qarşılıqlı hörmət və bərabərlik prinsipi əsasında bir cəmiyyətdə yaşamasını təmin edən mühüm dəyərdir. Azərbaycan cəmiyyəti multikulturalizmi xalqın həyat tərzi kimi qəbul edir. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu dəyərlərin qorunmasının vacibliyini dəfələrlə vurğuladığını diqqətə çatdırıb. S.Nağıyev Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini,  regionda davamlı və ədalətli sülhün təmin olunması istiqamətində səylərini davam etdirdiyini diqqətə çatdırıb.

Tədbirdə Azərbaycanla yanaşı, Bəhreyn, Keniya və Kamboca rəsmiləri də çıxış edərək öz ölkələrində mövcud multikultural mühit və sülh quruculuğu sahəsində tətbiq edilən metodlar barədə məlumat veriblər.

Qeyd edək ki, tədbirin əsas məqsədi çoxmədəniyyətliliyin inkişafı və etnik-dini icmalar arasında əməkdaşlıq mühitinin gücləndirilməsi istiqamətində təcrübələri bölüşmək, müxtəlif konfessiyalar arasında qarşılıqlı hörmət və həmrəyliyin təşviqinə töhfə verməkdir. Din sahəsində araşdırma aparan mütəxəssislər, vətəndaş cəmiyyəti nümayəndələri, nüfuzlu beynəlxalq dini təşkilatların təmsilçiləri və ekspertlərin də təmsil olunduğu konfransda ümumilikdə 120-yə yaxın iştirakçı yer alıb.