1979-cu il fevralın 17-də Ağdərə şəhərində anadan olub.
Təhsili:
1985-1992-ci illərdə Şuşa şəhər 2 saylı tam orta məktəbdə oxuyub, şəhərin işğalından sonra təhsilini Bakıda davam etdirib.
Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini, eləcə də Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsini bitirib.
2013-cü ildə Harvard Universiteti Kennedi Dövlət idarəetmə Məktəbinin təşkil etdiyi “İnkişaf edən liderlər” adlı xüsusi proqramın iştirakçısı kimi Harvard Universitetinin sertifikatını alıb.
İngilis və rus dillərini bilir.
Əmək fəaliyyəti:
- 2001-2002-ci illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində mütəxəssis;
- 2002-2009-cu illərdə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mütəxəssis, sədrin köməkçisi, şöbə müdiri;
- 2009–2016-cı illərdə Diasporla İş üzrə Dövlət Komitəsində sədrin köməkçisi, Aparat rəhbərinin müavini vəzifələrində çalışıb.
- Azərbaycan Prezidenti İlham Əliyevin 12 may 2016-cı il tarixli 2040 nömrəli Sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsinə təyin olunub.
- 9 fevral 2020-ci il tarixində keçirilmiş növbədənkənar seçkilərdə 64 saylı Sabirabad ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının vahid namizədi kimi Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə iştirak edib. Seçkilərdə 12 677 səs və ya ümumi səslərin 56,2%-ni toplayaraq deputat seçilib.
- Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü olub.
- Azərbaycan-Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Fransa, İsrail, İtaliya, Koreya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü kimi fəaliyyət göstərib.
- Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixli VII qurultayında Partiya İdarə Heyətinin üzvü seçilib.
- 1 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs müəyyən edilib.
- Azərbaycan Respublikası Prezidentinin 8 aprel 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub.
Üzv olduğu beynəlxalq təşkilatlar:
- Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti;
- Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsi;
- Qoşulmama Hərəkatı Parlament şəbəkəsi;
- Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının üzvü olub.
Təltifləri:
- Azərbaycan Prezidenti İlham Əliyevin 6 iyul 2012-ci il tarixli 2334 nömrəli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.
- Azərbaycan Prezidenti İlham Əliyevin 18 noyabr 2017-ci il tarixli 3397 nömrəli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.