Facebook
X
Instagram
YouTube
TikTok
Telegram

Gündüz Kamil oğlu İsmayılov

Vəzifə: Sədr müavini

(012) 492-88-93 g.ismayilov@scara.gov.az

1 aprel 1982-ci ildə Laçın rayonunda anadan olub.

Təhsili:

Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində bakalavr, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr və Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda aspirantura təhsili alıb.             

 

Əmək fəaliyyəti:

1999-2006:  “525-ci qəzet”in redaksiyasında müxbir, şöbə müdiri

2006-2011:  Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsində məsləhətçi, şöbə müdiri əvəzi, şöbə müdiri

18 fevral 2011: Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini

 

Təltifləri:

Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.     

"Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz", "Azərbaycanda dini məsələ: təhdidlər və hədəflər. İdeoloji, milli, ictimai təhlükəsizlik müstəvisində" kitablarının müəllifidir. 

Ailəlidir, iki övladı var.