1977-ci il oktyabrın 6-da Goranboy rayonunda anadan olub.
Təhsili:
-1984-1994-ci illərdə Goranboy rayonu M.Məmmədov adına Xanqərvənd kənd tam orta məktəbində oxuyub.
-1994-1998-ci illərdə Bakı Sosial idarəetmə və Politologiya İnstitutunda “Politologiya” ixtisası üzrə təhsil alıb.
-2000-2002-ci illərdə AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycanda siyasi proseslər ixtisası üzrə magistr pilləsini bitirib.
- 2003-2006-cı illərdə AMEA Fəlsəfə və Hüquq İnstitutunda doktorantura təhsili alıb.
- 2013-cü ildə Siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
İngilis və rus dillərini bilir.
Əmək fəaliyyəti:
- 1998-1999-cu illərdə “Press-Media” qəzetində müxbir, şöbə müdiri, baş redaktorun birinci müavini;
- 1999-2002-ci illərdə “Yeni Azərbaycan” qəzetində müxbir, şöbə müdiri, baş redaktorun müavini;
- 2002–2005-ci illərdə “Azərbaycan” qəzetində parlament müxbiri;
- 2005–2018-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsində kollegiya katibi, mətbuat xidmətinin rəhbəri, şöbə müdiri;
- 2018–2020-ci illərdə “CBC” televiziyasında Azərbaycan redaksiyasının baş redaktoru;
- 2020-ci ildə SOCAR Təhlükəsizlik İdarəsində müşavir;
- 2020-2024-cü illərdə Milli Məclisdə deputat köməkçisi;
- 2024-cü ilin 10 iyun-04 sentyabr tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində sədrin köməkçisi, Aparat rəhbərinin müavini vəzifəsini icra edən;
- 05 sentyabr 2024 cü il-19 dekabr 2025-ci il tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Aparat rəhbərinin müavini;
- 19 dekabr 2025-ci ildən etibarən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri.
Təltifləri:
- Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 6 iyul 2012-ci il tarixli 2334 nömrəli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.