Facebook
X
Instagram
YouTube
TikTok
Telegram

Amil Rafiq oğlu Cavadov

Vəzifə: Sədrin müşaviri

(012) 492-69-85 amil.javadov@scara.gov.az

23 fevral 1986-cı ildə Ağdam şəhərində anadan olub.

Təhsili:

Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr təhsili alıb.

Əmək fəaliyyəti:

2009-2011-ci illərdə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatında təlimatçı;

2011-2013-ci illərdə Ağdam rayon İcra Hakimiyyətində müxtəlif şöbələrdə məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.

2013- 2014 –cü illərdə  Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində koordinator, daha sonra isə Yeni Azərbaycan Partiyası İcra Katibliyində İdeologiya  şöbəsində referent vəzifəsində çalışıb.

2014-2015-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin köməkçisi;

2015-2016-cı illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri;

2016-2021-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ümumi şöbəsinin müdiri vəzifələrində çalışıb.

24 dekabr 2021-ci il tarixdən 10 iyul 2024-cü il tarixinədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri vəzifəsində çalışıb.

10 iyul 2024-cü il tarixindən Komitə sədrinin müşaviri vəzifəsində çalışır.

Çoxsaylı məqalələrin və bir neçə kitabın müəllifidir. 

Təltifləri:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2023-cü il tarixli Sərəncamı ilə  “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.