Facebook
X
Instagram
YouTube
TikTok
Telegram

Pərvin Müzadil oğlu Zeynalov

Bölmə müdiri vəzifəsini icra edən

(022) 312 38 91 dk-tovuz@scara.gov.az

Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsi əhatə etdiyi regionda dini durumun təhlil edilməsi, dini icmalarla müvafiq regionun idarəetmə strukturları arasında əlaqələrin qurulması, tədbirlərin təşkil edilməsi və s. işləri həyata keçirir.

Regional bölmə rəhbərlik tərəfindən verilmiş əmr, sərəncam və göstərişlərin yerinə yetirilməsi, vətəndaşların qəbulu və bölmənin səlahiyyətləri çərçivəsində müvafiq izahatların verilməsi, öz işi ilə bağlı hesabatların hazırlanmasını təmin edir. Eyni zamanda, öz səlahiyyətləri çərçivəsində qanunvericilik və Dövlət Komitəsi tərəfindən qəbul edilmiş digər normativ-hüquqi aktların həyata keçirilməsi, müraciətlərə baxılması və müvafiq cavablar hazırlanması prosesini reallaşdırır.

Bölmə Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarını əhatə edir.

Bölmənin mərkəzi Tovuz şəhərində yerləşir. Bölmənin 4 əməkdaşı var.

 

Ünvan: Tovuz şəhəri, Şəhriyar küçəsi 6, AZ6000