Dövlət Komitəsinin Qarabağ regional bölməsi əhatə etdiyi regionda dini durumun təhlil edilməsi, dini icmalarla müvafiq regionun idarəetmə strukturları arasında əlaqələrin qurulması, tədbirlərin təşkil edilməsi və s. işləri həyata keçirir.
Bölmə rəhbərlik tərəfindən verilmiş əmr, sərəncam və göstərişlərin yerinə yetirilməsi, vətəndaşların qəbulu və bölmənin səlahiyyətləri çərçivəsində müvafiq izahatların verilməsi, öz işi ilə bağlı hesabatların hazırlanmasını təmin edir. Eyni zamanda, öz səlahiyyətləri çərçivəsində qanunvericilik və Dövlət Komitəsi tərəfindən qəbul edilmiş digər normativ-hüquqi aktların həyata keçirilməsi, müraciətlərə baxılması və müvafıq cavablar hazırlanması prosesini reallaşdırır.
Bölmə Xankəndi və Şuşa şəhərləri, Ağcabədi, Ağdam, Ağdərə, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Tərtər rayonlarını əhatə edir.
Bölmənin mərkəzi Ağcabədi şəhərində yerləşir. Bölmənin 3 əməkdaşı var.
Ünvan: Ağcabədi şəhəri, Faiq Əlizadə küçəsi 5, AZ 0400