Facebook
X
Instagram
YouTube
TikTok
Telegram

Natiq Nazim oğlu Əfəndiyev

Bölmə müdiri

(024) 278 45 03 dk-merkeziaran@scara.gov.az

Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsi əhatə etdiyi ərazidə regionda dini durumun təhlil edilməsi, dini icmalarla müvafiq regionun idarəetmə strukturları arasında əlaqələrin qurulması, tədbirlərin təşkil edilməsi və s işləri həyata keçirir.

Bölmə rəhbərlik tərəfindən əmr, sərəncam və göstərişlərin yerinə yetirilməsi, vətəndaşların qəbulu və bölmənin səlahiyyətləri çərçivəsində müvafiq izahatların verilməsi, öz işi ilə bağlı hesabatların hazırlanmasını təmin edir. Eyni zamanda, öz səlahiyyətləri çərçivəsində qanunvericilik və Dövlət Komitəsi tərəfindən qəbul edilmiş digər normativ-hüquqi aktların həyata keçirilməsi, müraciətlərə baxılması və müvafiq cavablar hazırlanması prosesini reallaşdırır.

Bölmə Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Ucar, Kürdəmir, Zərdab və Göyçay rayonlarını əhatə edir.

Bölmənin mərkəzi Mingəçevir şəhərində yerləşir. Bölmənin 8 əməkdaşı var.

 

Ünvan: Mingəçevir şəhəri, H.Əliyev prospekti 28/12