Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq şöbəsi dövlət-din problemləri ilə məşğul olan hökumətlərarası və qeyri-dövlət beynəlxalq təşkilatların işində Dövlət Komitəsinin iştirakını təmin etmək, dini qurumların beynəlxalq dini tədbirlərdə iştirakının əlaqələndirilməsinə kömək etmək, dövlətlərarası, hökumətlərarası, idarələrarası müqavilələrin və sazişlərin layihələrinin hazırlanmasında iştirak etmək və qəbul edilmiş sənədlərin həyata keçirilməsinə köməklik göstərilməsi işlərini yerinə yetirir. Həmçinin ikitərəfli və çoxtərəfli əlaqələr yolu ilə Azərbaycanın nümunəvi dövlət-din modelinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində konfransların, sərgilərin və "dəyirmi masa"ların keçirilməsini təmin edir, müvafiq beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti dövlət orqanları ilə əlaqələrin yaradılmasını təşkil edir. Beynəlxalq mətbuatda aidiyyəti üzrə monitorinqlər apararaq nəticələri ilə bağlı rəhbərliyi məlumatlandırır. Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada şöbəyə daxil olan sənədlərə, məktub, ərizələrə baxır və müvafiq tədbirlərin görülməsini təmin edir.
Şöbənin 8 əməkdaşı var.