Analitik təhlil və proqnozlaşdırma sektoru ölkədəki dini durumla bağlı təhlillər aparır, analitik arayışlar hazırlayır və proqnozlar verir, ölkədəki dini vəziyyətin öyrənilməsi və təhlilinin səmərəli təşkili məqsədilə rəy sorğuları üçün mövzular, həmçinin, dini durumu təhlil edən analitik arayışlar, müvafiq proqnozlar və təkliflər hazırlayır.
Sektor, eyni zamanda, ölkədəki dini durumla bağlı məlumatların sistemləşdirilməsini həyata keçirir, həmin məlumatlar əsasında müxtəlif istiqamətlər, mövzular üzrə təhlil və proqnozlaşdırma işini təşkil edir, dini vəziyyətin öyrənilməsi işində alınan məlumatların xarakter, istiqamət və məzmunu barədə dövri olaraq regional bölmələr üçün təlimatların verilməsini təşkil edir, açıq informasiya mənbələrində (mətbuat və elektron kütləvi informasiya vasitələri, sosial şəbəkələr, bloqlar və s.) dini sahəyə, dövlət-din münasibətlərinə dair, eləcə də digər əlaqədar materialları öyrənir, təhlil edir və müvafiq analitik arayışlar hazırlayır.