Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsi əhatə etdiyi bölgədə dini durumun təhlil edilməsi, dini qurumlarla müvafiq bölgənin idarəetmə strukturları arasında əlaqələrin qurulması, tədbirlərin təşkil edilməsi və s. işləri həyata keçirir.
Bölmə rəhbərlik tərəfindən verilmiş əmr, sərəncam və göstərişlərin yerinə yetirilməsi, vətəndaşların qəbulu və bölmənin səlahiyyətləri çərçivəsində müvafiq izahatların verilməsi, öz işi ilə bağlı hesabatların hazırlanmasını təmin edir. Eyni zamanda, öz səlahiyyətləri çərçivəsində qanunvericilik və Dövlət Komitəsi tərəfindən qəbul edilmiş digər normativ-hüquqi aktların həyata keçirilməsi, müraciətlərə baxılması və müvafiq cavablar hazırlanması prosesini reallaşdırır.
Bölmə Sumqayıt şəhərini, həmçinin Abşeron və Xızı rayonlarını əhatə edir.
Bölmənin mərkəzi Sumqayıt şəhərində yerləşir. Bölmənin 6 əməkdaşı var.
Ünvan: Sumqayıt şəhəri, 5-ci məhəllə 19b, AZ5000