Şriftin ölçüsü:
Saytın rəngi:
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov avqustun 4-də Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Qəbul saat 11:00-da Hacıqabul Rayon Heydər Əliyev Mərkəzində (Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi 40) keçiriləcəkdir.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinə (Əlaqə vasitələri: (021) 215 21 30, (070) 220 00 20, chairman@scara.gov.az, dk-shirvan@scara.gov.az) müraciət etmələri xahiş olunur.