Noyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi və Zərdab rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Vətən müharibəsindəki qələbəmizdə milli-nənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin məsləhətçisi Sədi Hüseynov, mədəniyyət işçiləri və gənclər iştirak ediblər.
Çıxışlarda Vətən müharibəsində Azərbaycan ordusunun müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində parlaq qələbə qazandığı və torpaqlarımızın azad olunduğu qeyd edilib. Bu qələbənin Şəhidlərimizin qanı və qazilərimizin igidliyi hesabına əldə edildiyi vurğulanıb. Natiqlər Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə, mənəvi-əxlaqi və yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu və bu keyfiyyətlərin Vətən müharibəsindəki qələbəmizdə mühüm rol oynadığını diqqətə çatdırıblar.