Sentyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Zərdab rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “Azərbaycan regionda sülhün təminatçısıdır” adlı videokonfrans keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Zərdab rayon Heydər Əliyev Mərkəzinin müdiri Könül Rəhimova, din xadimləri və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, Azərbaycan dövləti ölkəmizdə sülh və sabitliyin qorunmasında lazım olan bütün zəruri işləri görür. Sülh aylığı çərçivəsində ölkəmizdə uğurla həyata keçirilən tədbirlər insan hüquq və azadlıqlarının layiqincə qorunmasına xidmət edir. Həmçinin çıxışlar zamanı ölkəmizdə bütün rəsmi dini qurumların sülh və sabitliyin qorunmasında, vicdan, eyni zamanda dini etiqad azadlığının təmin olunmasında qanunlar çərçivəsində fəaliyyət göstərdiyi vurğulanıb. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı tarixi qələbə sayəsində regionda davamlı sülhün bərqərar olması da diqqətə çatdırılıb.