Mayın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi və Zərdab rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Möhkəm ailə münasibətlərinin əsası: gender bərabərliyi və qarşılıqlı hörmət” mövzusunda tədbir təşkil olunub.
Mədəniyyət Mərkəzində keçirilən tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin əməkdaşı Sədi Hüseynov, Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova, yerli dövlət qurumlarının nümayəndələri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, ailə hər bir cəmiyyətin əsasını təşkil edən müqəddəs və təməl institutdur. Ailənin sağlam və möhkəm dəyərlər üzərində qurulması bütövlükdə cəmiyyətin rifahı, mənəvi saflığı və davamlı inkişafı üçün əsas şərtdir. Vurğulanıb ki, ailə dövlətin kiçik modelidir, onun sağlamlığı isə ümumi ictimai mühitin göstəricisidir.
Tədbirin sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.