Zərdabda maarifləndirmə tədbiri keçirilib
16 yanvar 2025, 02:20

Yanvarın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi, Zərdab rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir DQİDK-nın Göyçay regional bölməsinin məsləhətçisi Sədi Hüseynov, yerli dövlət qurumlarının nümayəndələri və gənclərin iştirakı ilə baş tutub.

Çıxışlar zamanı qeyd edilib ki, ölkəmizdə məişət zorakılğı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Bildirilib ki, məişət zorakılığı halları yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. 
Tədbirin sonunda mövzu ilə bağlı diskussiya təşkil olunub.