Mayın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi və Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə 15 May Beynəlxalq Ailə Günü ilə əlaqədar olaraq “Ailə dəyərləri: cəmiyyətin təməli və gələcəyin təminatı” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin əməkdaşı Sədi Hüseynov, Zərdab rayon MKS-in direktoru Nailə Əliyeva, yerli dövlət qurumlarının nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlarda qeyd edilib ki, hər kəsin şəxsiyyət kimi formalaşması ailədən başlayır. Ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, gənclərə aşılanması, nəsillərarası münasibətlərin formalaşmasına xüsusi önəm verilir. Azərbaycan cəmiyyəti ənənəvi dəyərlər, ailə dəyərləri üzərində qurulub. Bu ənənələr dərin köklərə malikdir.
Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.