Zərdabda “Gənclərimizi dini radikalizm və ekstremizmin təsirlərindən qoruyaq" mövzusu müzakirə olunub
04 fevral 2022, 08:35

Fevralın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Zərdab şəhər Peşə Liseyinin birgə təşkilatçılığı ilə “Gənclərimizi dini radikalizm və ekstremizmin təsirlərindən qoruyaq” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Zərdab şəhər Peşə Liseyinin tərbiyə işləri üzrə müavini Nur Qasımov, peşə liseyinin müəllim və tələbələri  iştirak ediblər.

Çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub. Radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması ilə bağlı ətraflı məlumat verilib. Həmçinin gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi, onların radikal təsirlərdən qorumağın yollarından bəhs edilib.

Tədbirin sonunda mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.