Zərdabda erkən nikah problemi müzakirə olunub
18 mart 2022, 02:00

Martın 17-də Zərdab rayonu Məlikumudlu kənd tam orta məktəbində “Erkən nikahın və qohumlar arasındakı nikahın mənfi nəticələri” adlı maarifləndirici  tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Zərdab Rayonu İcra Hakimiyyətinin məsul əməkdaşı Murad Həsənov, rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Ələkbər Kərimov, Rayon Polis Şöbəsinin əməkdaşları İkram Kərimov və Samir Kərimli,  məktəbin müəllim və yuxarı sinif şagirdləri  iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, erkən nikah və qohumlar arasında nikah halları aktual ailə problemlərindən biridir. Vurğulanıb ki, belə halların baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə qüsurlu uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.