Zərdabda “Dini radikalizm-müasir gəncliyimizə təhdiddir” mövzusunda maarifləndirici tədbir keçirilib
23 dekabr 2022, 08:10

Dekabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Zərdab rayonu Gənclər və İdman İdarəsi, Gənclər evi sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə “Dini radikalizm-müasir gəncliyimizə təhdiddir” mövzusunda maarifləndirici  tədbir keçirilib.

Gənclər və İdman İdarəsində təşkil olunmuş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Gənclər və İdman İdarəsinin əməkdaşı Bahar Qurbanova, aktiv fəaliyyəti ilə seçilən gənclər iştirak ediblər.

Çıxışlar zamanı iştirakçılara radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı mübarizə aparılması və dini maarifçilik işinin düzgün metodlarla təşkili istiqamətində ətraflı məlumat verilib. Həmçinin gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi və maarifləndirilməsinin əhəmiyyətindən, onları radikal təsirlərdən qorumağın yollarından bəhs edilib.

Tədbir mövzu ətrafında müzakirələrlə yekunlaşıb.