Zərdabda “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsirləri” mövzusu müzakirə olunub
10 oktyabr 2024, 02:45

Oktyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsinin təşkilatçılığı ilə Zərdab şəhər “Cümə” məscidində “Dini məzhəbçilik meyillərinin mili birliyə və dini təhlükəsizliyə təsirləri” mövzusunda tədbir təşkil olunub.
Dövlət Komitəsinin regional bölməsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, Zərdab rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Murad Həsənov, dini icma sədrləri, din xadimləri və dindarların iştirak etdikləri tədbir Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini yad etməklə başlayıb.

Çıxışlar zamanı Azərbaycanda mövcud olan tolerantlıq və multikultural şəraitdən danışılıb. Ölkəmizdə müxtəlif dinlərin, məzhəblərin və xalqların nümayəndələrinin sülh, qarşılıqlı hörmət şəraitində yaşadıqları qeyd edilib. Çıxışlarda, həmçinin məzhəbçilik və dini təəssübkeşlik meyillərinin multikultural cəmiyyət üçün yad olduğu bildirilib.

Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.