Zərdabda dini durum müzakirə edilib
16 fevral 2023, 02:35

Fevralın 15-də Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə  şöbəsi və Zərdab Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə rayondakı  mövcud dini duruma həsr olunmuş  dəyirmi masa keçirilib.

Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin müdiri İlham Qəribov, şöbə əməkdaşları, RİH nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.

Çıxışlar zamanı rayondakı mövcud dini durum müzakirə olunub. Bütün rayon ərazisində dini durumun sabit olduğu diqqətə çatdırılıb. Bununla bağlı problemlərin qarşılıqlı, birgə fəaliyyət göstərilərək ortadan qaldırılmasının vacibliyi vurğulanıb.