Avqustun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi və Zərdab rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Dini biliklərin əldə olunmasında sağlam mənbələrin əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin məsləhətçisi Sədi Hüseynov, Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda gənclərin dini bilikləri düzgün və etibarlı mənbələrdən əldə etməsinin vacibliyi diqqətə çatdırılıb. Gənclərin dini sahədə düzgün istiqamətləndirilməsinin vacibliyi qeyd edilib. Vurğulanıb ki, bu cür tədbirlər həm gənc nəslin dini radikalizmdən qorunmasına, həm də cəmiyyətdə dini dözümlülük və qarşılıqlı hörmət mühitinin möhkəmlənməsinə xidmət edir.