Zərdab, Abşeron və Qobustanda maarifləndirmə tədbirləri keçirilib
08 dekabr 2023, 07:01

Bölgələrdə dini radikalizm və ekstremizmlə mübarizəyə, həmçinin gender əsaslı zorakılıqla mübarizə istiqamətində görülən işlərə həsr olunmuş tədbirlər keçirilib.

07.12.2023, Zərdab rayonu: "Dini radikalizm və ekstremizmin təhlükələrindən yeniyetmə və gənclərin qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib.  Pərvanlı kənd 
M.Rahim adına tam orta məktəbində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsinin müdiri  İlham Qəribov, şöbənin əməkdaşları, RİH-in nümayəndəsi Kamil Məmmədov, hüquq-mühafizə orqanları, təhsil müəssisələrinin əməkdaşları, eləcə də məktəblilər iştirak ediblər.  

 

07.12.2023, Abşeron rayonu: Abşeron Olimpiya İdman Kompleksində və Xırdalan şəhəri “Zirvə” idman klubunda “Gənc idmançıların müxtəlif dini təriqətlərin ekstremizm və ayrı-seçkilik çağırışlarının təsirlərindən qorunması” mövzusunda tədbir baş tutub. Tədbirə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Yalçın Abdullayev, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Əsgər Əmirəliyev, idman xadimləri, eləcə də gənclər qatılıblar.

 

08.12.2023. Qobustan rayonu: şəhər A.Qayıblı adına 3 saylı tam orta məktəbində “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə​ şöbəsinin əməkdaşı Nahid Babaşov, Polis Şöbəsinin əməkdaşı Şahmar Rüstəmzadə, Rayon Prokurorluğunun əməkdaşı Tural Xəlilli, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Çıxışlarda dini radikalizm və ekstremizm məfhumlarının mahiyyətindən bəhs edilib, dini radikalizmlə mübarizədə və sağlam dini düşüncənin formalaşmasında dini maarifləndirmənin böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb. Gender əsaslı zorakılıqla mübarizə istiqamətində görülən işlərdən danışılıb. Tədbirlər müzakirələrlə davam edib.