Avqustun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Dövlət Sərhəd Xidmətinin Zaqatala rayonunda yerləşən “N” saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhlükə kimi” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Məmmədov, Dövlət Sərhəd Xidmətinin məsul əməkdaşı Niyazi Əliyev və hərbi hissənin şəxsi heyəti iştirak edib.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda mövzunun aktuallığından bəhs olunub. Vurğulanıb ki, Azərbaycanda dini, milli, irqi və məzhəb ayrı-seçkiliyinə yol verilmir, hər kəsin vicdan azadlığına təminat verilir. Müxtəlif xalqların və dini konfessiyaların nümayəndələri respublikamızda birgə və mehriban şəkildə yaşayırlar.
Eyni zamanda, natiqlər dinin siyasiləşdirilməsinin milli təhlükəsizliyə və mənəvi dəyərlərə yarada biləcəyi təhlükələrdən də danşıblar.
Tədbirdə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” sənədli filmi nümayiş etdirilib.