Zaqatalada “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda seminar-müşavirə keçirilib
20 iyun 2023, 07:10

İyunun 20-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti, YAP Zaqatala rayon təşkilatı, Gənclər və İdman İdarəsi və rayon N.Gəncəvi adına Mərkəzi Kitabxanalar Sisteminin birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda seminar-müşavirə keçirilib.

Tədbirdə DQİDK-nın əməkdaşı Vüqar Məmmədov, Zaqatala RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, YAP Zaqatala rayon təşkilatının sədr müavini Fərid Ramazanov, N.Gəncəvi adına Mərkəzi Kitabxanalar Sisteminin nümayəndəsi Sevda Rəhimova, Gənclər və İdman İdarəsinin əməkdaşı Nailə Hacıyeva və kitabxana əməkdaşları iştirak edib.

Çıxışlar zamanı  seminarın mövzusunun önəmi  və aktuallığı qeyd edilib, radikalizmin və ekstremizmin mahiyyəti, yaratdığı fəsadlar və  gələcək təhlükəsi haqqında ətraflı məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib, ölkə ərazisində dini sahədə sabitliyin təmin edilməsi məqsədi ilə dövlətimiz tərəfindən  görülən mühüm və ardıcıl işlər haqqında məlumat verilib.

Tədbirdə DQİDK-nın sifarişi ilə çəkilmiş “Azərbaycan gəncliyi və mənəvi dəyərlər” sənədli filmi nümayiş edilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.