Zaqatalada “Tolerantlıq sülhün və birgəyaşayışın təməlidir” mövzusunda tədbir keçirilib
21 avqust 2024, 06:26

Avqustun 21-də Zaqatalada  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  Zaqatala rayonu Suvarma Sistemləri İdarəsində “Tolerantlıq sülhün və birgəyaşayışın təməlidir” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala regional bölməsinin baş məsləhətçisi Tərlan Nəzərov, Zaqatala Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Zaqatala rayonu Suvarma Sistemləri İdarəsinin rəhbəri Fikrət Şərifov və müəssisə əməkdaşları  iştirak edib.

Çıxış edənlər Azərbaycanda mövcud olan tolerant mühitdən danışıblar.  Ölkəmizdə bütün dövrlərdə müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanların sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində yaşadıqları vurğulanıb. Tolerantlıq dəyərlərinin formalaşmasında mənəvi dəyərlərimizin rolundan bəhs edilib. Dini zəmində ayrıseçkilik yaradan, dini inanca görə insanları parçalayan dini radikalizmin və xurafatın yolverilməz olduğu qeyd edilib. 

Tədbir iştirakçıların suallarının cavablandırılması ilə sona çatıb.