Oktyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala regional bölməsi, Rayon İcra Hakimiyyəti (RİH) və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının birgə təşkilatçılığı ilə “Qloballaşan dünyada milli dəyərlərin əhəmiyyəti” movzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev, Zaqatala RİH-in məsul əməkdaşı Vaqif Abdullayev, müəllimlər və tələbələr iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda qeyd olunub ki, zəngin tarixə, mədəni irsə, dini və tolerantlıq ənənələrinə malik, dünyəvi, demokratik, hüquqi dövlət olan Azərbaycan öz milli-mənəvi dəyərlərinə söykənərək güclü dövlət quruculuğu istiqamətində inamla irəliləyir. Dini dəyərlərə hörmətlə yanaşmaq dövlət siyasətinin prioritetlərindən birini təşkil edir. Natiqlər onu da vurğulayıblar ki, qloballaşan dünyada milli-mənəvi dəyərlərin qorunub saxlanması mühüm amildir.
Tədbir müzakirələrlə davam etdirilib.