Zaqatalada multikulturalizm mövzusu müzakirə edilib
18 fevral 2022, 08:10

Fevralın 18-də Zaqatala rayon Mədəniyyət Mərkəzində “Multikulturalizm, tolerantlıq, sülh şəraitində birgə yaşayış, milli və ümumbəşəri dəyərlərə hörmət” mövzusunda seminar keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, rayon Mədəniyyət Mərkəzinin direktoru Aybəniz Heydərova, N.Gəncəvi adına Mərkəzi Kitabxana Sisteminin müdiri Leyla Məmmədova, Vətən Müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı xalqımızın həyat tərzinə çevrilən zəngin  multikultural və tolerant dəyərlərdən danışılıb. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə mövcud olan multikultural və tolerant mühitin formalaşmasına göstərilən diqqət və qayğının daha da artırıldığı qeyd edilib. Bildirilib ki, dövlətimiz tərəfindən həyata  keçirilən uğurlu və ardıcıl siyasət nəticəsində bu gün respublikamızda bütün dinlərin nümayəndələri - müsəlmanlar, xristianlar və yəhudilər sülh, qardaşlıq  və qarşılıqlı hörmət şəraitində yaşayırlar. 

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, maarifləndirici ədəbiyyat paylanılıb.