Zaqatalada maarifləndirmə tədbiri keçirilib
11 avqust 2022, 07:17

Avqustun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi, YAP Zaqatala rayon təşkilatının birgə təşkilatçılığı ilə “Narkomaniya ilə mübarizə istiqamətində din xadimlərinin müxtəlif platformalarda söhbət və çıxışlarının təşkili” mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Məmmədov, YAP Zaqatala rayon təşkilatının Aparat rəhbəri Fərid Ramazanov, QMİ-nin Zaqatala rayonu üzrə səlahiyyətli nümayəndəsi Rasim Musayev, rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, din xadimləri, dini icma sədrləri və gənclər iştirak ediblər.

Çıxışlar zamanı narkomaniyanın insan sağlamlığına, mənəviyyatına və psixologiyasına törətdiyi fəsadlar haqqında geniş bəhs edilib. Bildirilib ki, insanların mənəvi-əxlaqi dəyərlərinin, sağlamlığının və rifahının qorunması məqsədilə narkomanlığa, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlət siyasəti kimi müəyyən edilib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.