Dekabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Aşağı Tala kəndi 1 №-li tam orta məktəbində “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Vüqar Məmmədov, təşkilatçı qurumların nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı dinin siyasiləşdirilməsi nəticəsində milli təhlükəsizliyə və mənəvi dəyərlərə qarşı yaranmış təhdidlər haqqında geniş məlumat verilib. Natiqlər, eyni zamanda dini radikalizm və ekstremizmlə mübarizədə maarifləndirmənin əhəmiyyətini vurğulayıblar.
Tədbir diskussiya şəklində davam etdirilib, DQİDK-nın sifarişi ilə çəkilmiş “Oxu” sənədli filmi nümayiş etdirilib, eləcə də iştirakçılara maarifləndirici ədəbiyyat nümunələri təqdim edilib.