Zaqatalada “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə təhdid kimi”  mövzusunda tədbir keçirilib
10 sentyabr 2024, 08:36

Sentyabrın 10-da Zaqatala şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsi, Rayon İcra Hakimiyyəti (RİH), Yeni Azərbaycan Partiyasının (YAP) Rayon Təşkilatı və Şəki-Zaqatala Regional Təhsil  İdarəsinin birgə təşkilatçılığı ilə “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə təhdid kimi mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala regional bölməsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, YAP Zaqatala Rayon Təşkilatının sədri Fərid Ramazanov, RİH-in əməkdaşı Vaqif Abdullayev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşı Rəna Abdurahmanova, məktəb direktorları və pedaqoqlar iştirak ediblər.

Çıxışçılar vurğulayıblar ki, dini kimliyin milli kimliyi üstələməsi və başqa çoxşaxəli proseslər nəticəsində təzahür edən dinin siyasiləşdirilməsi tendensiyası dövlət maraqları baxımından son dərəcə təhlükəlidir. Ölkəmizdə dinlər və məzhəblərarası qarşıdurmalar baş verməyib, milli, dini və məzhəb ayrı-seçkiliyinə yol verilmir, eləcə də hər kəsin vicdan azadlığına təminat verilir.

Çıxışlar zamanı Azərbaycanda dini sahəyə göstərilən diqqət və qayğıdan, dinin siyasiləşdirilməsinin törətdiyi fəsadlardan, ölkəmizdə hökm sürən sabitlikdən, inkişafdan və tolerant mühitdən də danışılıb.

Tədbir qarşılıqlı diskussiya və iştirakçıların suallarının cavablandırılması ilə sona çatıb.