Zaqatalada "Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri" mövzusunda tədbir keçirilib
20 aprel 2022, 07:42

Aprelin 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Danaçı kənd 2 saylı tam orta məktəbində “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri  İlqar Vəliyev,  DTX-nın Zaqatala rayon şöbəsinin əməkdaşı Məhəmməd Məhəmmədli,  Təhsil Şöbəsinin məsləhətçisi Rəcəb Əlizadə, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə mənfi təsiri haqqında geniş məlumat verilib. Yad dini-ideoloji qüvvələr tərəfindən cəmiyyət daxilində dini məzhəbçilik toxumunun səpilməsinin qarşısının alınmasında, həmçinin  milli birliyimizə və dini təhlükəsizliyimizə qarşı yönələn fəaliyyətlə qarşı mübarizədə effektiv dini maarifləndirmə tədbirlərinin aparılmasının vacibliyi vurğulanıb. Gənclərin milli-mənəvi dəyərlərə bağlı ruhda tərbiyə edilməsinin önəmi qeyd edilib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb. Seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici ədəbiyyat təqdim edilib.