Avqustun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala və Balakən icra hakimiyyətləri (RİH), QMİ-nin adları çəkilən rayonlar üzrə qazılıqlarının birgə təşkilatçılığı ilə “Aşurə mərasimi: tarix, ənənə və hüquq müstəvisində” mövzusunda seminarlar keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev və şöbənin əməkdaşları, Zaqatala və Balakən icra hakimiyyətlərinin məsul əməkdaşları, QMİ-nin Zaqatala və Balakən rayonları üzrə qazıları Malik Bilalov, İbrahim İbrahimov, din xadimləri, eləcə də dini icma sədrləri iştirak ediblər.
Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Məhərrəm ayı ilə bağlı keçirilən tədbirdə isə RİH-nin başçısı Rafil Hüseynov, Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, yerli idarələrin rəhbərləri və din xadimləri iştirak ediblər.
Çıxışlarda əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. İslam dininin mənəviyyatımız, dəyərlərimizlə bağlı olduğu, bu gün hər bir ölkə vətəndaşının, xüsusən də gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün öyrənmək və təbliğ etmək kimi məsuliyyətli bir vəzifənin düşdüyü qeyd edilib. Eyni zamanda, Məhərrəm ayı ilə bağlı tədbirlərin QMİ-nin Qazılar Şurasının fətvasındakı tövsiyələrə uyğun şəkildə keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.