“Yuxarı məhəllə” sinaqoqu
16 aprel 2018, 01:44

Ünvan: Oğuz şəhəri, Arzu Əliyeva küçəsi

Yuxarı məhəllə sinaqoqu 1897-ci ildə Ravvin Baruxun başçılığı və köməkliyi ilə inşa edilmişdir. Sovet dövründə digər ibadət ocaqları kimi bu sinaqoq da bağlanmış və sonradan anbar kimi istifadə olunmuşdur. 2004-cü ilin oktyabr ayında Oğuzda yaşayan yerli yəhudilər tərəfindən məbədin təmirinə başlanılmış və 2006-cı ildə təmir işləri başa çatdırılmışdır. Hazırda sinaqoq ibadətgah kimi fəaliyyət göstərir və hər həftənin cümə və şənbə günləri yəhudilər burada sərbəst şəkildə ibadət edirlər.