Yevlaxda “Suverenliyimiz əbədidir” mövzusunda tədbir keçirilib
19 sentyabr 2025, 16:43

Senyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi, Yevlax şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sistemi və şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə  “Suverenliyimiz əbədidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın regional bölməsinin əməkdaşı Valeh Rəşidov, şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı Qürbət Nəsibov, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Tofiq Həsənov, şəhər Ağsaqqallar Şurasının sədr müavini Sərdar Məmmədov, din xadimləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda Azərbaycanın müstəqillik və suverenliyinin əbədi olacağı vurğulanıb. Suverenliyin möhkəmləndirilməsi üçün milli həmrəylik və vətənpərvərlik ruhunun önəmi xüsusi qeyd olunub. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazandığımız Zəfərdən, eləcə də Vətənimizin suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın şücaətindən danışılıb.