Yevlaxda “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” mövzusunda seminar təşkil olunub
07 may 2025, 08:39

Mayın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi, Yevlax rayonu üzrə təhsil sektoru və Yevlax şəhəri İmadəddin Nəsimi adına 3 nömrəli  tam orta məktəbin birgə təşkilatçılığı ilə Yevlax şəhəri İmadəddin Nəsimi adına 3 nömrəli  tam orta məktəbdə “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” mövzusunda seminar keçirilib. 
Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin əməkdaşı Valeh Rəşidov, Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının əməkdaşı Fərid Hacıbəyli, Yevlax rayonu üzrə təhsil sektorunun əməkdaşı Abay Kərimov, Yevlax şəhəri İmadəddin Nəsimi adına 3 nömrəli tam orta məktəbin direktoru Şəhla Nağıyeva, məktəbin müəllim və  şagirdləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Çıxışlarda qeyd olunub ki, hər bir xalqın milli azadlıq, müstəqillik, suverenlik tarixində xilaskar rolunu oynayan dahi insanlar olub. Bu dahi insanlar xalqın öz içindən çıxaraq dövlətinin və xalqının tarixində silinməz izlər qoyur. Azərbaycan xalqının Ümummilli lideri, müstəqil və müasir Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyev də məhz belə əvəzsiz şəxsiyyətlərdəndi. Bu gün Ulu Öndər Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” arzusu artıq reallığa çevrilib. Müstəqil ölkəmiz daha da qüdrətlənib, inkişaf edib, tarixi torpaqlarımız işğaldan azad edilib. Ərazi bütövlüyümüzün bərpası çoxəsrlik tariximizin ən möhtəşəm zəfəridir. Bu zəfər isə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi xəttin, Prezident İlham Əliyevin siyasi qətiyyətinin, ordumuzun qüdrətinin, xalq-ordu birliyinin nəticəsidir. Beləliklə, Azərbaycan bu gün müasirləşən, sürətlə inkişaf edən, ictimai-siyasi sabitliyin mövcud olduğu bir ölkəyə çevrilib. 
Tədbirdə mövzu ilə əlaqədar olaraq sənədli film nümayiş olunub. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.