İyulun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Yevlax rayon Xaldan kənd “Cümə” məscidində "Məhərrəmlik ayında dini mərasim, ayin və tədbirlərin təşkili və keçirilməsi" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Vaqifli, QMİ-nin səlahiyyətli nümayəndəsi Namiq Əliyev, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlarda Azərbaycanda milli-mənəvi irsimizin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində görülən ardıcıl tədbirlərdən danışılaraq İslam dininin milli-mənəvi dəyərlərimizdə, adət və ənənlərimizdə, həyat tərzimizdə dərin izlər buraxdığı bildirilib.
Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə formalaşdırdığı azərbaycançılıq ideologiyasının adət-ənənələrimizin qorunması baxımından çox əhəmiyyətli olduğu vurğulanıb. Eyni zamanda Məhərrəmlik ayında dini mərasim, ayin və tədbirlərin təşkili və keçirilməsi mövzusu da müzakirə edilib.
Sonda tədbir iştirakçılarının fikirləri dinlənilib.